Keçmiş dünya çempionu, britaniyalı Tayson Fyuri döyüşdən sonra qeyri-adi təkliflə ağır çəkidə yeni mütləq dünya çempionu, ukraynalı Aleksandr Usikə müraciət edib...
Poliqon “TNT Sports”a istinadən xəbər verir ki, Tayson Fyuri bu barədə sosial şəbəkədə yazıb.
“Mən ailəmlə birlikdə vətəninizə gəlmək və sizin ailənizlə birlikdə tətil keçirmək istərdim, siz isə mənim evimə gələrək bayramları mənimlə keçirin”, deyə Fyuri bildirib.
“Problem yoxdur, dostum”, deyə Usik öz rəqibinə cavab verib.
Qeyd edək ki, mayın 18-dən 19-na keçən gecə baş tutan döyüş 12 raund davam edib və nəticədə hakimlər qələbəni Usikə veriblər.Usikin Fyuri üzərində bölünmə qərarı ilə qələbəsi ilə başa çatıb. Ukraynalı boksçu WBA, IBF və WBO titullarını qoruyub saxlayaraq, rəqibinin WBC kəmərini əldə edib.
Poliqon.info