Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əl yandıran qiymətlər: Mənzillər öz dəyərindən iki dəfə baha təklif olunur

Hazırda ölkəmizdə mənzil sahibi olmağın yollarından biri də ipotekadan istifadə etməkdir...

Gənc ailələrin bir çoxu da məhz bu kredit növündən istifadə etməklə ev almağa daha çox meyil göstərir. Lakin ipoteka müddətinin və aylıq ödənişinin olduqca yüksək olması mənzil sahibi olmaq istəyənlərin işini bir qədər çətinləşdirir. Paytaxtda mənzil satışı ilə məşğul olam şirkətlərdən birinin təklif şərtlərinə əsasən, 47 kvadrat metr mənzil ilkin ödəniş 13 min 300 manat olmaqla, aylıq 1130 manata 20 illik ipoteka ilə təqdim olunur.

Riyazi hesablama apardıqda məlum olur ki, hansısa vətəndaş belə bir mənzili ipoteka ilə aldıqda evin qiyməti ona 285 min manata başa gəlir. Bu isə demək olar ki, mənzilin nağd dəyərindən bir neçə dəfə çoxdur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ümumiyyətlə istənilən mənzilin nağd və kreditli satış qiyməti fərqli olur:

“Kreditlər müxtəlif formalarda olur. İllik faizlərinə görə, güzəştli kreditlər 4, adi ipotekalar 7-8, bankdaxili ipotekalar isə 10-14 faiz arası dəyişir. Amma hesablayanda ilk ödənişi hesablayırıq və sona qədər həmin ödəniş ödənilmir. Mənzilin nağdı və kreditli satış qiyməti fərqli olur. 8 faizli ipoteka ilə təxminən 100 manatlıq ev 25 il ərzində 200 min manata yaxın olur. Bu daha dəqiq ipoteka kalkulyatoru ilə hesablanır”.
Ekspert bir çox ölkələrdə mənzillərlə bağlı aşağı faizli xüsusi ipotekaların olduğunu diqqətə çatdırıb:

“Dünyanın hər bir yerində banklar pul satır və bankın iş prinsipi də məhz budur. Dünyanın bir çox ölkəsində sırf mənzillə bağlı ipoteka kreditlərinin faiz dərəcəsi azdır. Çünki vətəndaş ipoteka ilə evi aldıqdan sonra həmin mənzil üçün əşyalar alır və bu iqtisadiyyatda pulun dövr etməsinə səbəb olur. Bizim ölkədə də faiz dərəcəsi aşağı olsa daha yaxşı olar. Amma nəzərə almaq lazımdır ki, zaman keçdikcə mənzillərin qiyməti artır və tikinti şirkətləri də məhz buna əsasən qazanc əldə etmək istəyir”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub

Ən çox oxunanalar