Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa səfiri Paşinyanı Aİ üzvlüyünə namizəd olması ilə bağlı qərar verməyə çağırıb

Ermənistan hakimiyyəti qərar verməlidir ki, onlar Aİ üzvlüyünə namizəd olmaq istəyirlər, ya yox?..

Poliqon xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini İctimai Televiziyaya müsahibəsində bildirib. Səfir izah edib ki, bu, hüquqi, rəsmi prosesdir və bu gün Ermənistan hakimiyyəti bu tələbi formalaşdırmayıb.

Olivye Dekotininin sözlərinə görə, Ermənistan son illər Roma Statutunun ratifikasiyası, Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı olan dövlətlərdən birinə çevrilməsi kimi cəsarətli qərarları ilə demokratiyanı gücləndirmək, qanunun aliliyini inkişaf etdirməklə öz seçimində Avropaya üz tutub.

Dekotini vurğulayıb ki, Ermənistan tərəfində Avropa ilə real yaxınlaşmanı müşahidə etmək olar.

Ermənistanın Avropa ilə yaxınlaşması artıq başlanmış bir prosesdir. Prezident Makron tərəfindən təmsil olunan Fransa sözün geniş mənasında Aİ ölkələrindən başqa, bir qitə olaraq Avropanı maraqlandıran mövzular üzərində işləmək təşəbbüsü ilə çıxış edib. Söhbət Ermənistanın üzvü olduğu və onun iclaslarında iştirak etdiyi Avropa siyasi birliyindən gedir”, deyə diplomat qeyd edib.

Səfir xatırladıb ki, 2022-ci ilin oktyabrında Praqada Avropa siyasi birliyi çərçivəsində Azərbaycanla sülhə nail olmaq üçün danışıqlarda irəliləyiş əldə olunub, ona görə də Ermənistan artıq bu yolla getməyi üzərinə götürüb.

Dekotini əlavə edib ki, Ermənistanın Avropa ilə çoxlu tarixi və mədəni əlaqələri var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar