Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp dəlduzluq işinə etiraqz üçün 175 milyon dollar girov qoyub

ABŞ-ın sabiq prezidenti məhkəmənin fırıldaqçılıq işi ilə bağlı hökmünə etiraz etmək üçün 175 milyon dollar girov qoyub...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York məhkəməsinin fırıldaqçılıq işi üzrə qərara etiraz etmək üçün 175 milyon dollar məbləğində girov ödəyib.

Poliqon xəbər verir ki, bu məlumatı ABC telekanalı aprelin 2-də məhkəmə sənədlərinə istinadən yayıb. Milyarder girovu “Knight Specialty” sığorta şirkəti vasitəsilə təmin edib.

2024-cü il fevralın 16-da məhkəmə Trampı “Trump Organization” şirkətinin aktivlərinin qiymətləndirilməsi ilə bağlı dələduzluqda təqsirli bilib. Nəticədə o, təqribən 355 milyon dollar ödəməli olub. Beləliklə, ümumi cərimə faizlərlə birlikdə 454 milyon dollar təşkil edib.

Bundan başqa siyasətçiyə üç il müddətində Nyu-York ştatında hər hansı korporasiyada məmur və ya direktor vəzifələrində işləmək və bu ştatda qeydiyyatdan keçmiş hər hansı maliyyə institutundan kredit götürmək qadağan edilib. Buna cavab olaraq Amerika dövlətinin keçmiş başçısı apellyasiya şikayəti verib. Trampın iş üzrə qərardan şikayət etmək üçün girov ödəməyə razı olmasından sonra Nyu York məhkəməsi prosesi aprelin 15-nə təyin edib.

“Trump Organization”a qarşı iddia 2022-ci ilin sentyabrında açılıb. Prokurorluğun məlumatına görə, şirkət öz aktivlərinin dəyəri barədə yanlış məlumat verərək, onların qiymətini 2,23 milyard dollardan 3,6 milyard dollara şişirdib.Təşkilat bu addımları kreditlərin verilməsi və sığorta üçün daha əlverişli şərtlər əldə etmək məqsədilə atıb.

Prokurorlar Trampın Floridadakı mülkünün, Manhettendəki Trump Tower göydələnindəki mənzilinin, həmçinin bəzi ofis binalarının və qolf meydançalarının dəyərinin şişirdildiyini iddia ediblər. Müdafiə tərəfinin sözlərinə görə, bütün ittihamlar əsassızdır və obyektin qiyməti obyektiv şəraitə görə dəyişə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar