Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədliyyə naziri icra məmurlarına tapşırıqlar verib

Ədliyyə Nazirliyində icra xidmətinin yerli qurumlarının rəhbərləri ilə müşavirə keçirilib...

"Report" xəbər verir ki, müşavirədə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının əhəmiyyətini qeyd edib, icra işinin yeni tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülən tədbirlər, o cümlədən icra məmurlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər barədə məlumat verib.

Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə rəqəmsal innovasiyaların, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi ilə bağlı məsələlər müzakirə olunub, onun yeni versiyasının hazırlandığı bildirilib.

İclasda icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, onlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə, əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi və s. ilə bağlı konkret tapşırıqlar verilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar