Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirin qardaşı oğlu yüzlərlə insana qarşı dələduzluq edib- Bulut Bağcı kriptovalyuta işini necə qurub?

Türkiyənin Azərbacandakı səfiri Cahit Bağcının qardaşı oğlu Bulut Bağcının qurduğu geniş şəbəkə vasitəsilə çox sayda insana külli miqdarda zərər vurduğu bildirilir...

Poliqon xəbər verir ki, bu barədə Türkiyə mediasında yayımlanan məlumata əsasən, “World Tourism Forum”un keçmiş rəhbəri olan 38 yaşlı Bulut Bağcı “Tourism X” (TRMX) adlı kriptovalyuta biznesinə baş vuraraq yüzlərlə şəxsə qarşı dəyərli milyon dollarla ölçülən dələduzluğa yol verib. Qeyd olunur ki, zərərçəkənlər Bağcıya qarşı bu ittihamla artıq prokurorluğa müraciət ediblər.

Qeyd olunur ki, Bulut Bağcının ulduzu 2016-cı il İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirilən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və bir çox dövlət rəsmilərinin qatıldığı Dünya Turizm Forumunda (World Tourism Forum) parlayıb.

Bu sektorda müəyyən fəaliyyət göstərdikdən sonra Bağcı “iş yönü”nü dəyişdirərək kriptovalyuta işinə baş vurdu və “Tourism X” adlı layihəsinin başlanğıcında topladığı pullarla beynəlxalq turizm layihələrinə sərmayə qoyulması və müştərilərin otel və təyyarə kimi səyahət elementlərini məhz həmin kriptovalyuta əsasında qarşılamalarına çalışdı. O bu vədlərlə çox sayda insanı layihəyə cəlb edə bildi.

Başladığı iş çərçivəsində Çadın Mədəniyyət, Tarixi İrs, Turizm və Əl Sənətləri Nazirliyi ilə ölkənin paytaxtı Ncamenada otel tikintisi üçün 8,2 milyon dollarlıq müqavilə imzalasa da, öz öhdəliyini yerinə yetirmədi.

Maraqlıdır ki, Bağcı öz fəaliyyətinin ciddiliyini göstərmək üçün hər yerdə Ərdoğanın adından gen-bol yararlanıb, onunla çəkdirdiyi şəkilləri paylaşaraq öz haqqında rəy yaratmağa nail olub.

Lakin sonunda Bağcının toruna düşmüş 13 nəfər prokurorluğa müraciət edərək onun tərəfindən təqribən 15 milyon dollar dəyərində dələduzluğa məruz qaldıqlarını bildiriblər.

Qeyd edək ki, əslən Çorumdan olan Bulut Bağcı Türkiyənim Azərbaycandakı səfiri Cahid Bağçının qardaşı oğludur. (AzFakt.com)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar