Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Yaponiya ilə Ukraynaya hərbi yardımı müzakirə etməyə başlayıb

ABŞ və Yaponiya danışıqlar aparır, onlar Ukraynaya döyüş sursatı tədarükünün artırılması barədə razılığa gəlmək istəyirlər. Həmçinin müdafiə sektorunda əməkdaşlığı müzakirə edirlər...

Poliqon xəbər verir ki, bu barədə Yaponiyanın Yomiuri qəzeti mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, tərəflər indi Yaponiyanın baş naziri Fumio Kişida ilə ABŞ prezidenti Co Bayden arasında aprelin 10-da Vaşinqtonda keçiriləcək görüş üçün saziş hazırlamağa çalışırlar.

Qəzet xatırladıb ki, Yaponiya İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra pasifist Konstitusiya qəbul edib və hazırda Ukraynaya silah deyil, maliyyə və humanitar yardım göndərir. Bununla belə, 2023-cü ilin dekabrında Yaponiya hökuməti xarici lisenziya ilə istehsal olunan silahların mənşə ölkələrinə satışına icazə verəcəyini açıqlayıb. Hakimiyyət həmçinin Patriot raketlərini yeganə hərbi müttəfiqi olan ABŞ-a ixrac etmək planlarını açıqlayıb.

Danışıqların əsas mövzusu Yaponiyaya ABŞ-ın silah arsenalını genişləndirməyə kömək etmək yollarını tapmaq olacaq. Qəzet qeyd edir ki, Amerika tərəfi Ukraynaya uzunmüddətli dəstəkdən sonra artilleriya mərmiləri və raket çatışmazlığı səbəbindən mümkün böhrandan narahatdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar