Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ukrayna ilə bağlanan təhlükəsizlik sazişləri ikinci NATO anlayışını ortaya çıxarır...

Ukrayna Fransa, Almaniya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb...

Samir Hümbətov: “Ukraynanın imzaladığı müqavilələr həmin dövlətlərlə Ukrayna arasındakı əməkdaşlığı artırır”.

“Təbii ki, bu sazişlər Ukraynanın Rusiya ilə apardığı müharibəyə təsir edir”.

Bu sözləri politoloq Samir Hümbətov Ukraynanın Qərb tərəfdaşları ilə təhlükəsizlik sazişi imzalamasını Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftə Ukrayna Fransa, Almaniya və Danimarka ilə təhlükəsizlik müqaviləıəri bağlayıb. Qeyd edək ki, bundan əvvəl Ukrayna anoloji müqaviləni Britaniya ilə də imzalayıb.

Bəs, bu sazişlər Ukrayna üçün nəyi ifadə edir və doğrudanmı bu müqavilələr Rusiya işğalına məruz qalan Ukrayna üçün təhkükəsizlik problemini bu və ya digər şəkildə həll edə bilər? Bu müqavilələrin Ukraynadakı müharibəyə hansısa təsirləri ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Ukraynaya verilən hər bir silah, hər bir mərmi belə müharibəyə təsir edən amillərdir”.

Rusiya cəbhəsində Ukraynaya yardımların artmasını görsələr, Rusiya tərəfinin dayaqlarının zəifləyəcəyini düşünən politoloq Poliqon-a bildirib ki, bu da ümumilikdə müharibənin gedişinə təsir edə bilər:

“Ukraynanın imzaladığı müqavilələr həmin dövlətlərlə Ukrayna arasındakı əməkdaşlığı artırır. Yəni Ukraynanın müharibə apardığı bir dövrdə həmin dövlətlərin Ukraynaya hərbi yardımlar etməsi daha da legitimləşdirilir. Məsələn, Ukrayna Britaniya ilə müqavilə imzalayıb. Britaniya artıq Ukraynanın silahlanmasını sürətləndirir. Eyni zamanda Britaniya Ukrayna ilə keçirdiyi hərbi təlimləri daha da artırıb.

Eyni prosesi indi Ukrayna Fransa, Almaniya, Danimarka ilə aparır. Ukrayna ilə bağlanan bu təhlükısizlik sazişləri həm də ikinci NATO anlayışını ortaya çıxarır. Təbii ki, bu da Ukraynanın Rusiya ilə apardığı müharibəyə təsir edir. Bu Ukrayna əsgərlərinin orada hərbi təlimlər keçməsi, eyni zamanda Ukraynaya silah-sursat və hərbi-texnika yardımlarının artırılması baxımından önəmlidir.

Düşünürəm ki, Ukraynaya verilən hər bir silah, hər bir mərmi belə müharibəyə təsir edən amillərdir. Bir də bunun psixoloji tərəfləri var. Yəni Rusiya cəbhəsində Ukraynaya yardımların artmasını görsələr, Rusiya tərəfinin dayaqları zəifləyəcək. Bu da müharibənin gedişinə təsir edə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar