Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiyaya qarşı sanksiyalar rejimini Aleksey Navalnının şərəfinə adlandırmaq qərarına gəlib

Avropa İttifaqının siyasətçiləri insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi mexanizmini Aleksey Navalnının şərəfinə adlandırmağı planlaşdırır.

Poliqon xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Avropa İttifaqı Şurasının iclası ərəfəsində bildirib.

"Biz insan hüquqlarının pozulmasına görə sanksiyalar rejiminin adının Navalnının adını daşıyan rejimə dəyişdirilməsini təklif edəcəyik", deyə diplomat bildirib.

Borrelin sözlərinə görə, Şura iclasının iştirakçıları Rusiya daxilindəki müxalifətə dəstək siqnalı göndərmək niyyətindədirlər və iclasda Aleksey Navalnının həyat yoldaşı Yuliya da iştirak edəcək.

Qeyd edək ki, Navalnı 2021-ci ildən həbsdə idi. Məhkəmə onun Yves Rocer işi üzrə 3,5 illik şərti cəzasını real cəza ilə əvəz edib. 2022-ci ilin martında Navalnı dələduzluq və məhkəməyə hörmətsizlik ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum olunub.

2022-ci ilin oktyabrında o, ekstremist icma yaratmaq və təşkil etmək, orada iştirak etmək, habelə ekstremist fəaliyyəti maliyyələşdirməkdə ittiham olunub. 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi bu iş üzrə Navalnıya xüsusi rejimli koloniyada 19 il həbs cəzası kəsib.

2022-ci ilin yanvarında Rosfinmonitorinq Navalnı və onun bir neçə tərəfdarını ekstremistlər və terrorçular siyahısına əlavə edib.

2022-ci ilin iyun ayından Navalnı Vladimir vilayətindəki İK-6-da cəza çəkirdi. 2023-cü ilin dekabrında onun Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 "Qütb canavarı"na köçürüldüyü məlum olub.

Rəsmi məlumata görə, 2024-cü il fevralın 16-da Navalnı gəzintidən qayıtdıqdan sonra özünü pis hiss edib və huşunu itirib. Yarım saat ərzində reanimasiya tədbirləri aparılsa da, nəticəsiz qalıb və dünyasını dəyişib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar