Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan generalları komandoların sərt qışda şəraitində hazırlığını izləyib - Foto

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar...

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi hissənin komandir-rəis heyəti ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları onlara çatdırıb, müvafiq göstərişlər verib.

Baş Qərargah rəisi hərbi hissənin gündəlik fəaliyyəti, döyüş hazırlığının vəziyyəti və xidmət şəraiti ilə maraqlanıb. Məruzə olunub ki, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və çətin şəraitdə tapşırıqları yerinə yetirməsi üçün lazımi şərait yaradılıb, müxtəlif tədbirlər keçirilir.

 
Sonra general-polkovnik K.Vəliyev komandoların yüksək dağlıq ərazi və sərt qış şəraitində keçirilən döyüş və xüsusi hazırlığı üzrə praktiki məşqlərini izləyib. Komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.

Hərbi hissənin qarşısında duran tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bu kimi təlim və məşqlərin keyfiyyətinin daha da artırılmasına dair komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar