Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbuldakı terror aktından sonra 100-dən çox adam saxlanılıb

Türkiyənin İstanbul şəhərində Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum, törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb...

“Report” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc “TRT Haber” telekanalına açıqlamasında bildirib.

“Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli gedir, o cümlədən saxlanılanların xarici güclərlə əlaqəsi araşdırılır”, - nazir deyib.

Daha əvvəl 90 nəfərin saxlanıldığı bildirilirdi. İş İstanbul prokurorluğu tərəfindən araşdırılır.

Xatırladaq ki, hadisə fevralın 6-da günorta radələrində baş verib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, Çağlayan rayon məhkəməsinin binasının girişində hücum edənlər DHKP/C terror təşkilatının iki üzvü olub. Terror aktı nəticəsində 2 nəfər ölüb, üçü polis olmaqla 6 nəfər yaralanıb. Onlardan biri sonradan ölüb. Yerli KİV hücum günü məhkəmə binasında hücum edənlərdən birinin bacısının ittiham olunduğu işə baxıldığını bildirib. İstintaqın versiyasına görə, terrorçular onu azad etməyi planlaşdırmışdılar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar