Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin ali komissarı: “ABŞ-də azot qazı ilə edam qəddarlıqdır”

BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk ABŞ-nin Alabama ştatında ölüm cəzasında azot qazından istifadə edilməsini qəddarlıq adlandırıb...

“Report” xəbər verir ki, bunu BMT-nin ali komissarı Roma Papası I Fransisklə görüşündən sonra “Vatican News”a müsahibəsində deyib.

ABŞ-də davam edən insan haqları pozuntularına göz yummaq olmaz. Alabama ştatında Kennet Yucin Smitin azotla edam edilməsi qəddarlıqdır. Bununla bağlı başqa söz yoxdur. Açığı desək, 21-ci əsrdə ölüm hökmünə yer olmamalıdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ təkcə ABŞ-yə deyil, həm də İran, İraq, Yaponiya daxil olmaqla, ölüm hökmünün hələ də tətbiq edildiyi digər ölkələrə də aiddir.

V.Türk dünyada ölüm cəzasına birdəfəlik son qoymağa çağırıb.

Xatırladaq ki, yanvarın 26-da ABŞ-də azot qazından istifadə edilməklə ilk edam həyata keçirilib. 58 yaşlı Kennet Yucin Smit Alabama ştatının Atmor şəhərində bu üsulla edam olunub. 1988-ci ildə bir qadını öldürməkdə təqsirli bilinən Smit hökmündən apellyasiya şikayəti versə də, onun hər üç müraciəti rədd edilmişdi.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar