Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - Foto

Qarabağ Dirçəliş Fondunun (QDF) Müşahidə Şurasının növbəti iclası keçirilib...

Poliqon xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatı Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycanın Xalq artisti Alim Qasımov, eyni zamanda, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

İlk olaraq Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Şuranın üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) prezidenti seçilməsi münasibətilə Şura üzvləri adından təbrik edib, sözügedən tədbirin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.

Qeyd olunub ki, COP29 kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlətimizin növbəti triumfudur.

Daha sonra Şuranın sədri gündəlikdə olan məsələləri, o cümlədən Fondun 2024-cü il üzrə büdcəsinin təsdiq olunması, bərpa və yenidənqurma işlərinə maliyyə dəstəyinin göstərilməsi qaydalarının təkmilləşdirilməsi, kənar auditorun təsdiq edilməsi və digər müvafiq məsələləri müzakirəyə çıxarıb.
Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına bununla bağlı ətraflı məlumatı təqdim edib.

Qeyd edək ki, bütün müzakirə olunan məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub. Şura üzvləri Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri ilə bağlı razılıqlarını ifadə edib, İdarə Heyətinin sədrinə müvafiq tapşırıqlar veriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar