Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bundesliqada qalmaqal: Baş məşqçi oyunçuya hücum etdi - Foto,Video

Almaniya Bundesliqasında “Union Berlin” və “Bayern Münhen” komandaları arasında baş tutan matçda qalmaqal yaşanıb...

“Union Berlin”in baş məşqçisi Nenad Bjelika rəqib komandanın futbolçusu Leroy Saneyə yumruq vurub.

Nenad Bjelika komandasının səfərdə “Bayern Münhen”ə 1:0 hesabı ilə uduzduğu matçın 74-cü dəqiqəsində topu əlinə alıb. “Bayern Münhen”in alman futbolçusu Leroy Sane topu Bjelikanın əlindən almaq istəyib, lakin bu zaman Bjelika Sanenin üzünə zərbə endirib.

Bjelika bu hərəkətinə görə qırmızı vərəqə ilə, Sane isə sarı vərəqə ilə cəzalandırılıblar.

Hər iki komandanın oyunçuları arasında dava düşüb. 52 yaşlı baş məşqçi sakitləşməyib və tribunalara qalxaraq öz mövqeyini müdafiə etməyə çalışıb. Onun, həmçinin “Bayern Münhen”in azarkeşinə də hücum etdiyi bildirilib.

Matçdan sonra danışan Bjelika meydandan qovulmasını anlayışla qarşıladığını və davranışının qəbuledilməz olduğunu deyib, lakin Sanedən üzr istəməkdən imtina edib.

“O məni itələdi, mən də təbii ki, reaksiya verdim”, - deyə baş məşqçi qeyd edib.
O, yalnız öz komandasından üzr istəyəcəyini vurğulayıb.

“Bayern Münhen” baş məşqçisi Tomas Tuxel isə baş verənlərin yaxşı hal olmadığını bildirib.

“Onun müdafiəsinə nəsə demək çətindir. Amma bu barədə heç nə demək istəmirəm. Məsələni qızışdırmaq lazım deyil”, - deyə Tomas Tuxel qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar