Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail səfiri: Rusiya İran silahları ilə Ukrayna vətəndaşlarını qətlə yetirir...

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan Rusiyanı Ukraynada dinc sakinləri öldürmək üçün İran pilotsuz təyyarələrindən istifadə etməkdə ittiham edib...

Poliqon xəbər verir ki, səfir bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Burada iştirak edən Təhlükəsizlik Şurasının bütün üzvləri bildiyi kimi, Rusiya Ukraynada mülki insanları öldürmək üçün İranın pilotsuz təyyarələrindən istifadə edir. İran terroru sizin hamınızı məhv edəcək və bunu hamımız bilirik, hətta İranla əməkdaşlıq edən Rusiya da bilir", deyə Erdan Təhlükəsizlik Şurasından İsraili müharibəni dayandırmağa məcbur etməyi tələb edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə cavab verib.

Erdan atəşkəs çağırışlarını rədd edərək, HƏMAS-ın İsraili məhv etmək niyyətində olduğunu və atəşkəsin yalnız yaraqlıların yenidən qruplaşmasına və silahlanmasına imkan verəcəyini deyib. Onun sözlərinə görə, Təhlükəsizlik Şurası İranın iştirakı olan münaqişənin kökünü aradan qaldırmalıdır.

İsrail səfiri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın şuranın iclasında iştirakını tənqid edib, çünki bu ölkə HƏMAS və "Hizbullah" yaraqlılarını və Yəməndəki husiləri silahla təmin edir: "Tezliklə bu hərəkətlər nüvə çətiri altında həyata keçiriləcək".

BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərq problemlərinə həsr olunmuş Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində keçirilən iclasında bildirib ki, İsrailin Fələstin dövləti yaratmaq qərarından imtina etməsi dünyada qlobal sülhü təhdid edən münaqişəni uzadacaq və ətrafdakı ekstremistləri həvəsləndirəcək

"Fələstin xalqının özünün tam müstəqil dövlətini qurmaq hüququ hamı tərəfindən tanınmalı və hər hansı bir tərəfin iki dövlətli həll variantını qəbul etməkdən imtinası qətiyyətlə rədd edilməlidir", deyə baş katib vuğrulayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə İsrailin HƏMAS-ı heç vaxt məhv edə bilməyəcəyini bildirib və Qəzzada "soyqırımına son" çağırışı edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar