Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Nikki Heylini ABŞ-dan qovacağına söz verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-dəki keçmiş səfiri və Cənubi Karolina ştatının sabiq qubernatoru Nikki Heylini hər zaman müharibəyə başlamaq istəməkdə ittiham edib...

Poliqon-nun məlumatına görə, siyasətçi bildirib ki, prezidentlik yarışında qalib gələrsə, müharibə qızışdırıcılarıbnı ABŞ-dan qovacaq. Və Nikki Heyli onlardan biridir.

"Nikki də onlardan biridir: Hər yerdə hamını öldürmək və raket istehsalçılarına çoxlu pul qazandırmaq istəyənlərdən biridir", deyə Tramp bildirib.

Tramp xəbərdarlıq edib ki, ABŞ III Dünya müharibəsinə göründüyündən daha yaxındır. O, Yaxın Şərqdəki münaqişəni tənqid edib və prezident olduqdan sonra Ukraynadakı vəziyyəti dərhal həll edəcəyinə söz verib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Trampın Respublikaçılar Partiyasından yeganə rəqibi olan Nikki Heyli mübarizədən çəkilmək niyyətində olmadığını və qələbə qazanmaq istədiyini bildirib.

Yanvarın 21-də keçirilən sorğu göstərir ki, Nyu-Hempşirdə keçirilən praymerizdə Heyli Trampdan 11 faiz geri qalır. Buna baxmayaraq, siyasətçi ən azı bir ay Cənubi Karolinada partiyadaxili Respublikaçılar seçkiləri keçirilənə qədər keçmiş Amerika prezidentinə qarşı yarışdan əl çəkməyəcək.

Nikki Heyli deyib ki, Nyu-Hempşir və Cənubi Karolinada uğurlar qazanacaq. O, insanların onu qiymətləndirməməsinə öyrəşdiyini də qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Ən çox oxunanalar