Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayova ştatında Respublikaçıların namizədləri arasında Tramp liderlik edir

ABŞ Nümayəndələr Palatasının spikeri Conson Ayova ştatında Trampın qələbəsini alqışlayıb...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçı seçicilərin Ayova ştatında keçirilən praymerizdə səslərin çoxunu qazanıb..

Poliqon xəbər verir ki, partiyanın internet saytında yayılan ilkin nəticələrə görə Tramp açıq ara ilə ilkin seçkilərin lideri olub. Bu, Respublikaçılar Partiyasından prezidentliyə namizəd seçmək üçün ölkənin ilk səsverməsidir. Nümayəndələr Palatasının spikeri Mayk Conson nəticələri partiyanı birləşməyə yaxınlaşdıracaq “həlledici və tarixi qələbə” adlandırıb.

40 mindən çox səsin hesablanmasından sonra ilkin nəticələrə görə, Donald Tramp səslərin 50,8 faizini, Florida qubernatoru Ron DeSantis 21,3 faizini, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli - 19,2 faizini, iş adamı Vivek Ramasvami 7,6 faizini qazanıb. Digər üç namizəd isə 1%-dən az bal toplayıb.

Donald Tramp öz qələbəsini CNN, NBC və Fox News telekanallarına təsdiqləyib.

“Bir neçə dəqiqədən sonra çox layiqli rəqibləri məğlub etdiyimi elan etmələri böyük şərəf olacaq” deyə eks-prezident bildirib.

Qeyd edək ki, tərəfdarların (kakus) toplantıları Respublika Partiyasının partiyadaxili seçkilərinin birinci mərhələsidir. Növbəti mərhələ əyalət hökumətləri tərəfindən təşkil edilən praymerizlərdir. Namizəd irəli sürülmək üçün nümayəndələrin yarıdan çoxunun dəstəyini almalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar