Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da prezidentliyə namizədin seçilməsi üçün Respublikaçılar arasında kampaniya başlayır

Bu gün Ayova ştatında Respublikaçılar Partiyasından prezident seçkiləri kampaniyasına start verilir...

Qarşıdan gələn seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin irəli sürülməsi prosesi yanvarın 15-də Ayova ştatının kokusları ilə rəsmi olaraq başlayır.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Ayova ştatında dörd respublikaçı namizəd olmaq hüququ uğrunda mübarizə aparacaq. Onların arasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, Florida qubernatoru Roy DeSantis və iş adamı Vivek Ramasvami var.

AP-ın məlumatına görə, seçki yarışında Tramp liderlik edir. Des Moines Register sorğusuna əsasən, kokuslarda iştirak etməyi planlaşdıran amerikalıların 48%-i Trampa səs vermək niyyətindədir.

Qeyd edək ki, amerikalı milyarder İlon Maskın X sosial şəbəkəsində ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Vivek Ramasvamiyə dəstək ifadə etdiyi məlum olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar