Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişel: Aİ Şurasının Viktor Orbanın sədrliyindən yayınmaq şansı var...

Avropa liderlərinin qurumun rəhbəri Şarl Mişelin istefasından sonra 2024-cü ilin yayında Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqı Şurasına sədrliyindən yayınmaq şansı var...

Poliqon The Guardian nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

"Açıq şəkildə bildirmək istəyirəm ki, mənim varisimlə bağlı qərar iyunda, parlamentin qərarı isə iyulda veriləcək. Ona görə də varisimlə bağlı qərar qəbul etmək şura üçün asan ola bilər. Viktor Orbandan qaçmaq üçün siyasi iradə varsa, bir çox variant olacaq", deyə Şarl Mişel qeyd edib.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel vaxtından bir neçə ay əvvəl vəzifəsini tərk edə bilər. Siyasətçi iyunun 6-9-da Avropa Parlamentinə keçiriləcək seçkilərdə rəhbərlik etdiyi İslahatlar Hərəkatı Partiyasının nümayəndəsi kimi iştirak etmək niyyətindədir. Avropa Parlamentinə daxil olarsa, Mişel Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsindən istefa verməyi planlaşdırır, çünki hər iki vəzifəni eyni vaxtda tutmaq Avropa ittifaqı qanunları ilə qadağandır.

Məlumata görə, Mişeldən sonra sədrlik müvəqqəti olaraq Macarıstanın Baş naziri Viktor Orbana keçə bilər. Bu barədə Amerikanın"Politico qəzeti yazıb.

Nəşr bunu 2024-cü ilin iyul-dekabr aylarında Avropa İttifaqı Şurasına Macarıstanın sədrlik etməsi ilə əlaqələndirib:

"Mişel seçilərsə, iyulun ortalarında Avropa Parlamentində öz yerini tutmağı planlaşdırır. Bu səbəbdən Avropa İttifaqı liderləri onun boşaldılmış Şura postunun varisini tez bir zamanda razılaşdırmalı olacaqlar. Əgər buna nail ola bilməsələr, iclaslara iyulda ölkəsi Avropa İttifaqı Şurasına sədrlik edəcək Macarıstanın baş naziri Viktor Orban rəhbərlik edəcək".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Ən çox oxunanalar