Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Perunun yeni səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Sezar Auqusto de las Kasas Dias Peru Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Səfir ölkəsinin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim sadiq olduğunu və buna xüsusi əhəmiyyət verdiyini qeyd etdi, bu xüsusda Perunun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Azərbaycanın da dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə daim böyük əhəmiyyət verdiyini, ölkələrimizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlıq etdiyini məmnunluqla vurğuladı.

Beynəlxalq hüququn prinsiplərinin eyni zamanda Qoşulmama Hərəkatının əsas prinsipləri olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin 4 ildir bu hərəkata fəal şəkildə sədrlik etdiyini dedi, ölkələrimizin bundan sonrakı illərdə də bu mühüm beynəlxalq institutun önəminin daha da artırılması istiqamətində birgə səylər göstərəcəyinə ümidvarlığını bildirdi. Azərbaycan Prezidenti, həmçinin digər beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də beynəlxalq hüququn fundamental prinsiplərinin hökm sürməsi istiqamətində birgə fəaliyyətlərinin davam etdirilməsinin də zəruriliyini qeyd etdi.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, ölkəmizin 30 ildən çox idi Ermənistan tərəfindən sərhədlərinin pozulduğunu və torpaqlarının işğal olunduğunu deyən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa uyğun olaraq gücdən istifadə edərək ədaləti özünün bərpa etdiyini vurğuladı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir xüsusilə Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar nəzərə alınaraq bu sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.

Səfir ölkəsinin arxeologiya və mədəniyyət abidələrinin qorunması sahəsində təcrübəyə malik olduğunu deyərək, bu istiqamətdə də əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə Peru arasında ticarət dövriyyəsinin artırılmasının, iqtisadi münasibətlərin fəallaşdırılmasının vacibliyi qeyd edildi, bu xüsusda iki ölkənin biznes dairələri arasında əlaqələrin yaradılmasının zəruriliyi bildirildi.

Görüşdə sərmayə qoyuluşu və qarşılıqlı maraq doğuran investisiya layihələrinin müəyyən edilməsinə, bu xüsusda ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə dair fikir mübadiləsi aparıldı.

***

Poliqon xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar