Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Vəlizadə: Sülh sazişindən sonra da ermənilərlə bir çox problemlərimiz hələ də, qalacaq...

Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir...

Politoloq: “Sülh sazişi imzalanan kimi, Azərbaycanla Ermənistan arasında heç bir problem qalmayacağını düşünmək sadəlövhlük olardı. Hər şeydən əvvəl məsələ ermənilərin bizimlə dinc şəraitdə yaşamağa hansı prizmadan yanaşmasındfan asılı olacaq”.

“İki dövlətin və iki xalqın arasında qarşılıqlı etimadın yaranması üçün uzun və ağrılı bir proses yaşanmalıdır. Bu prosesin nə zaman sona çatmasını indi proqnozlaşdırmaq mümkün deyil. Ümumiyyətlə bu proses uğurlu olacaqmı, bu da sual altındadır”.

Bu sözləri politoloq İlqar Vəlizadə Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülhü Poliqon-a şərh edərkən qeyd edib.

Hər iki ölkədən verilən mesajlara baxarsaq, Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir. Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olacaqmı və sülh sazişindən sonra iki ölkə arasında normal münasibətlərin qurulmasını mümkün hesab etmək olar?

Azərbaycan-Ermənistan sülhündən sonra qalacaq problemləri Poliqon-un əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Ermənistan bütün hallarda Azərbaycan torpaqlarından qeyri-qanuni istifadə etdiyinə və şəhər və rayonlarımızı dağıtdığına görə avvəl-axır Azərbaycana kompensasiya ödəməli olacaq”.

Ermənistanın və havadarlarının Azərbaycanın Qarabağ iqtisadi rayonuna ermənilərin yenidən qaytarılmasına çalışdıqlarını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan da təkidlə öz soydaşlarının da indiki Ermənistana, yəni Qərbi Azərbaycana qayıtarılmasını tələb edir. Yəni, sülh müqaviləsinin mətni imzalansa belə, bu kimi suallar uzun müddət açıq qalacaq:

“Hər şey proseslərin gedişindən asılıdır. Əlbəttə ki, sülh ssazişindən sonra da ermənilərlə bir çox problemlərimiz hələ də, qalacaq. Çünki kifayət qədər çox problemlərimiz var və bu problemlər hər şeydən əvvəl birgə yaşamaq qayğıları ilə öz həllini tapa bilər. Ona görə də sükh sazişi imzalanan kimi, Azərbaycanla Ermənistan arasında heç bir problem qalmayacağını düşünmək sadəlövhlük olardı. Hər şeydən əvvəl məsələ ermənilərin bizimlə dinc şəraitdə yaşamağa hansı prizmadan yanaşmasındfan asılı olacaq.

Yeri gəlmişkən demək lazımdır ki, Ermənistanla sərhəd məsələlərinin nizamlanması hələ də tənzimlənməyib. Bu da sülh müqaviləsinin kənarındada qalacaq və kifayət qədər vaxt aparan məsələ olmaqla yanaşı çox ağrılı məsələdir. Bizim anklavların geri qaytarılması məsələsi gündəmdədir. Digər tərəfdən kommunikasiyaların açılması ilə bağlı çoxlu suallar var. Bu mələlər tam surətdə sülh müqaviləsinin mətnində öz əksini tapmayacaq. Eyni zamanda minalanmış ərazilərlə bağlı problemlər var. Bu problemin həlli üçün Ermənistan mina xəritələrini Azərbaycana verməlidir. Həmçinin kütləvi məzarlıqların müəyyənləşdirilməsi, tapılması ilə bağlı Ermənistana suallar var. İtkin düşmüş şəxslərlə bağlı məsələlər həllini tapmayıb.

İlqar Vəlizadə: “Ermənistanda sərhəd məsələləri hələ də tənzimlənməyib. Bu da sülh müqaviləsinin kənarındadır”.

Ermənistanın 30 il müddətində Azərbaycana vurduğu maddi və mənəvi ziyanın ödənilməsi məsələsi də var ki, bu məsələnin sülh sazişinə heç bir aidiyyatı yoxdur. Ermənistan bütün hallarda Azərbaycan torpaqlarından qeyri-qanuni istifadə etdiyinə və şəhər və rayonlarımızı dağıtdığına görə avvəl-axır Azərbaycana kompensasiya ödəməli olacaq.

Yəni iki dövlətin və iki xalqın arasında qarşılıqlı etimadın yaranması üçün uzun və ağrılı bir proses yaşanmalıdır. Bu prosesin nə zaman sona çatmasını indi proqnozlaşdırmaq mümkün deyil. Ümumiyyətlə bu proses uğurlu olacaqmı, bu da sual altındadır.

Onu da qeyd edim ki, Ermənistanhavadarları tələb edir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna ermənilərin qaytarılması təminedilsin. Azərbaycan da təkidlə öz soydaşlarının da indiki Ermənistana, yəni Qərbi Azərbaycana qayıtarılmasını tələb edir. Yəni, sülh müqaviləsinin mətni imzalansa belə, bu kimi suallar uzun müddət açıq qalacaq.

Düşünürəm ki, yaxın gələcəkdə tərəflər bu sualların bağlanması ilə bağlı səylər göstərməlidir. İndi hər şey məsələlərin həllindən asılıdır. Prosesin necə davam edəcəyindən çox şey asılıdır. Əgər Ermənistan xoşməramlılığını ortaya qoysa və Azərbaycanla konstruktiv və səmimi dialoq aparsa, əlbəttə ki, bütün bu məsələlər həllini tapa bilər. Amma bunun üçün də zaman lazımdır. Bunlar baş verdikdən sonra biz real sülhün regiona gəldiyini deyə bilərik. Yox, əgər əngəllər olsa, həmişə olduğu kimi maneələr olsa, bu zaman sülh sözdə olacaq, avə yeni gərginliyin, hətta müharibənin başlanması hər zaman tükdən asılı olaraq qalacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar