Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda 621 min manatlıq kibercinayət edənlər saxlanılıblar - Foto

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar nəticəsində kibercinayətlə məşğul olan şəxslər saxlanılıblar...

APA-nın Naxçıvan bürosu xəbər verir ki, onlar müxtəlif yollarla vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəyiblər.

Belə ki, Babək rayon sakinləri Mircoşqun Məhərrəm oğlu Seyidov və Hikmət Məhərrəm oğlu Edilxanov 10-na yaxın universitet tələbəsini aldadaraq onların hər birinin adına bir mobil nömrə və beş bank kartı rəsmiləşdiriblər. Sonra həmin kartlar Bakı şəhərinə göndərilib və həmin kartlar vasitəsilə internet şəbəkələrində kibercinayətlər törədilib. Həmin kartlarda dövriyyə 621 min manat olub.

Eyni zamanda, Nazirliyin Cinayət-axtarışı İdarəsinin kibercinayətlər üzrə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində Naxçıvan şəhər sakini İlqar İslam oğlu Səfərov saxlanılıb. O, sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.

Faktla bağlı araşdırmalar davam edir.

Poliqon.info

 


Etiket: kibercinayət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar