Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaxda xırdabuynuzlu heyvanları oğurluq və soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıblar

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində oğurluq və soyğunçuluq cinayətləri törədən şəxslər saxlanılıblar...

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polisə müraciət edən zərərçəkmişlər onlara məxsus xırdabuynuzlu heyvanların naməlum şəxslər tərəfindən oğurlanması və soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslərin noyabr ayı ərzində üç dəfə Rafael Nəsirova məxsus avtomobillə Qax rayonuna gələrək burada soyğunçuluq və oğurluq etdikləri məlum olub. Onlar ifadələrində ələ keçirdikləri xırdabuynuzlu heyvanları Zaqatalaya apararaq orada satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə Ü.Bayramov və R.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.

Poliqon.info


Etiket: oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar