Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hanukka şamlarını söndürən deputata qarşı cinayət işi açılıb

Polşa prokurorluğu parlament binasında Hanukka şamlarını yanğınsöndürən balonla söndürən millətçilər və avroskeptiklərin "Konfederasiya" koalisiyasının deputatı Qreqor Brauna qarşı cinayət işi açıb...

Poliqon xəbər verir ki, bu barədə prokurorluğun nümayəndəsi məlumat verib.

"Varşavanın rayon prokurorluğu öz səlahiyyətlərinə uyğun olaraq deputatın iştirakı ilə dünən Seymdə baş vermiş hadisələrlə bağlı işi araşdırmağa başlayıb", deyə rəsmi şəxs bildirib.

Prokurorluğun nümayəndəsi aydınlıq gətirib ki, hazırda prosessual hərəkətlər, o cümlədən sübutların toplanması prosesi gedir.

Bir gün əvvəl Polşa Seymində millətçilərin və avroskeptiklərin "Konfederasiya" koalisiyasından olan üzvü Qreqor Braun parlament binasındakı Hanukka şamlarını yanğınsöndürən balonla söndürüb.

Qeyd edilir ki, Qreqor Braun Hanukka şamları ilə bir neçə menora yaxınlaşıb və onları yanğınsöndürən balonla söndürüb. Eyni zamanda, o, Hanukka şamlarının yandırılmasının "şeytani" olduğunu və "Polşa Seymində baş tuta bilməz" deyib. Nəticədə Seym dəhlizi boyunca tüstü yayılıb.

Qeyd edək ki, ​Hanukka eramızdan əvvəl 200-cü illərdə Yerusəlimin yəhudilər tərəfindən Selevkilər İmperiyasından geri alınması şərəfinə 2200 ildir qeyd olunan yəhudi bayramıdır. İbrani təqvimi ilə Kislev ayının 25-dən başlayaraq 8 gün 8 gecə davam edir. Qriqorian təqviminə görə, ən tez noyabrın sonunda, ən geci isə dekabrın ortalarında baş verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Ən çox oxunanalar