Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin qorxusu – ABŞ prezidenti İsrailin dünya səviyyəsində dəstəyi itirməsindən narahatdır

Bayden Demokrat Partiyasının donorlarına deyib ki, İsrail dünya səviyyəsində dəstəyini itirir...

ABŞ prezidenti Co Bayden hesab edir ki, İsrail yəhudi dövlətinin HƏMAS radikal qruplaşmasına qarşı davam edən müharibəsində qlobal dəstəyi itirir.

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, dövlət başçısı bu barədə çərşənbə axşamı təşviqat kampaniyası zamanı sponsorlara bildirib.

Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya istinad edərək, “Bibi çətin qərarlar verməlidir”, deyib.

Amerika prezidenti həmçinin vurğulayıb ki, İsrail “tarixdə ən mühafizəkar hökumətə” malikdir və “iki dövlətli həlli istəmir”. Baydenin nöqteyi-nəzərindən, “İsrailə qarşı münasibətdə qlobal dəyişikliyin” qarşısını almaq üçün Netanyahu “özünü gücləndirməli və dəyişməlidir”.

“Görüləcək çox şey var və biz İsraili güclü şəkildə dəstəkləməli olacağıq” deyə Bayden əlavə edib.

Qeyd edək ki, Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail hakimiyyəti Qəzzada quru əməliyyatı keçirmək məsələsində amerikalı tərəfdaşlarından tam dəstək alıb.

“Mən HƏMAS-ın məhv edilməsində və girovlarımızın qaytarılmasında Amerikanın dəstəyini çox yüksək qiymətləndirirəm. Co Bayden və komandası ilə intensiv ünsiyyətdən sonra biz quru əməliyyatı və müharibəni bitirmək üçün beynəlxalq təzyiqin yumşaldılması üçün tam dəstək aldıq”, deyə Netanyahu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar