Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanın sabiq Baş naziri Nəvaz Şərif bəraət alıb

İslamabad Ali Məhkəməsi (IHC) Pakistanın keçmiş Baş naziri və Pakistan Müsəlman Liqası Partiyasının (Nəvaz fraksiyası) lideri, 73 yaşlı Nəvaz Şərifə Səudiyyə Ərəbistanında “Əl-Əziziyə” polad kompleksinin alınmasına bəyan edilməmiş vəsait yatırılması işi üzrə bəraət verib...

“Report” Pakistanın “Dawn” qəzetinə istinadən xəbər verir ki, dinləmələr zamanı məhkəmə müdafiə tərəfinin sabiq hökumət başçısının bu işdə təqsirli olduğuna dair konkret sübutun olmaması ilə bağlı arqumentləri ilə razılaşıb.

“Məhkəmə siyasətçinin “Əl-Əziziyə” kompleksini satın alması ilə bağlı məsələ üzrə 2018-ci ildə çıxarılmış məhkumluq qərarını etibarsız elan edib”, - hakimlər kollegiyası bildirib.

Noyabrın sonunda IHC Londondakı “Avenfield apartment” yaşayış kompleksində mənzillərin alınması zamanı vəzifədən sui-istifadə hallarına görə N.Şərifin 10 illik həbs cəzası çəkdiyi hökmü ləğv etmişdi.

Xatırladaq ki, 2018-ci ildə N.Şərif Səudiyyə Ərəbistanındakı “Əl-Əziziyə” polad zavodunun alınmasına bəyan edilməmiş vəsait yatırmaqla bağlı korrupsiyada təqsirli bilinmişdi. İslamabad Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi siyasətçini 7 illik həbsə məhkum etmiş və 2,5 milyon dollar cərimələmişdi.

Poliqon.info


Etiket: Nəvaz Şərif


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar