Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UNFCCC: COP29-da baş katibliyimiz Azərbaycan hökuməti və xalqı ilə işləməyi səbirsizliklə gözləyir

“Biz Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarına şadıq. COP29-un uğurla baş tutması üçün bizim baş katibliyimiz Azərbaycan hökuməti və xalqı ilə işləməyi səbirsizliklə gözləyir”.

APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Əməliyyatların Koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami bildirib.

Onun sözlərinə görə, bu gün 190-dan çox ölkə iqlim dəyişikliyi ilə bağlı müzakirələr aparıb, ortaq nəticələrə gəlməyə çalışır və gələn il bu müzakirələrin Bakıda keçiriləcəyini gözləyirlər:

BMT Baş katibliyi ölkələrə yaşıl enerjiyə keçidlə bağlı davamlı şəkildə dəstək və tövsiyələrini verir. Biz ümid edirik ki, yaşıl keçidlə bağlı müzakirələrimiz davam edəcək və eyni zamanda, ümid edirik ki, bu keçidin maliyyələşdirilməsi ilə bağlı müzakirələrimiz davam edəcək. Bu mövzunun COP29-da əsas mövzulardan biri olacağına ümid edirik.

COP28-in ilk günündə iqlim dəyişikliyinin mənfi nəticələrinə məruz qalan ölkələrə maliyyə dəstəyi verilməsi ilə bağlı fondun yaradılması sahəsində həmrəyliyin nümayişini gördük. Konfransın gündəliyi də ilk gündə təsdiqləndi və son iki həftə ərzində iqlim dəyişikliyinin nəticələrinə adaptasiya ilə bağlı müzakirələr davam edir. Biz ümid edirik ki, COP29-da bu danışıqlarda yekun sənədin qəbul olunmasında fikir ayrılığı var. Təsəvvür edin ki, 198 ölkə var, hər birinin fərqli fikri var, biz konsensus yolu ilə həll etməyə, ortaq qərara çatmağa çalışırıq. Hesab edirəm ki, konsensus əldə olunacaq, çünki bunun üçün siyasi iradə var, bütün tərəflər bu prosesə sadiqdir və bizim katibliyimiz effektiv şəkildə işləyir.

Ümid edirəm ki, yaradılan fonda maliyyə dəstəyi növbəti sammitdə - COP29-da davam edəcək”.

Poliqon.info


Etiket: COP28


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar