Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbin hazırkı Ukrayna strategiyası... - Bu strategiya Ukraynaya nə vəd edir?

İstər ABŞ-da, istərsə də Avropa İttifaqında Ukraynaya yardımla bağlı ciddi fikir ayrılıqları meydana çıxıb...

Politoloq: “Həm ABŞ, həm də Avropa Birliyi faktiki olaraq artıq Ukrayna məsələsində manipulyasiyalar etməklə məşğuldur”.

“Qərbin hazırkı Ukrayna siyasəti klassik Qərb imperializminin mahiyyətini göstərir. Yəni müəyyən dəstəklərlə dövlətləri qızışdırmaq, dövlətlərin daxilindəki vəziyyəti gərginləşdirmək və daha sonra isə bu gərginlik ocaqlarından situasiyanı daha da qəlizləşdirmək üçün istifadə etmək taktikası var”.

Bu sözləri politoloq Tural İsmayılov Qərbin Ukrayna siyasətini Poliqon-a şərh edərkən qeyd edib.

Hazırda istər ABŞ-da, istərsə də Avropa İttifaqında Ukraynaya yardımla bağlı ciddi fikir ayrılıqları meydana çıxıb. Bu fikir ayrılıqları əslində ərazilərini güzəştə getməklə Rusiya ilə sülh əldə etmək üçün Ukraynaya təsir vasitəsi kimi qəbul edilə bilərmi? Ümumiyyətlə, Qərbin hazırkı Ukrayna strategiyasını necə dəyərləndirmək olar? Bu strategiya nəticə olaraq Ukrayna və Rusiyaya ayrı-ayrılıqda nə vəd edir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “ABŞ belə bir vəziyyətdə Ukraynaya dəstəyi kəsməyəcək”.

Ukraynanın müharibənin taleyini dəyişdirəcək uğurlara imza ata bilmədiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu da ABŞAvropa Birliyini Ukraynaya dəstək məsələsində müəyyən qədər pauzalar verməyə vadar edir:

“Həm ABŞ, həm də Avropa Birliyi faktiki olaraq artıq Ukrayna məsələsində manipulyasiyalar etməklə məşğuldur. Eyni zamanda Ukraynanın özünün bir narahatlığı var. Çünki Ukrayna gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini çox ciddi şəkildə düşünür. Ukrayna Qərbdən gələn dəstəyinin bundan sonra necə olacağı barədə narahatlıq keçirir.

Bir məsələ də nəzərə alınmalıdır ki, ABŞ-da seçkilər ərəfəsində xarici siyasətlə bağlı həmişə fikir ayrılıqları mövcud olub. İndi də Ukraynaya hərbi dəstəklə bağlı Demokratlarla, Respublikaçılar arasında çox gərgin debatlar və diskussiyalar gedir. Hesab edirəm ki, ABŞ belə bir vəziyyətdə Ukraynaya dəstəyi kəsməyəcək.

Amma bütövlükdə Ukraynanın özü də faktiki olaraq Rusiya ilə müharibədə çox ciddi geri dönüşlər edə bilmir. Yəni Ukrayna müharibənin taleyini dəyişdirəcək uğurlara imza ata bilmir. Bu da ABŞAvropa Birliyini Ukraynaya dəstək məsələsində müəyyən qədər pauzalar verməyə vadar edir.

Tural İsmayılov: “Bütövlükdə Qərbin bu strategiyası Ukrayna üçün də, Rusiya üçün də yaxşı prespektivlər vəd etmir”.

Eyni zamanda Qərbin hazırkı Ukrayna siyasəti klassik Qərb imperializminin mahiyyətini göstərir. Yəni müəyyən dəstəklərlə dövlətləri qızışdırmaq, dövlətlərin daxilindəki vəziyyəti gərginləşdirmək və daha sonra isə bu gərginlik ocaqlarından situasiyanı daha da qəlizləşdirmək üçün istifadə etmək taktikası var. Faktiki olaraq Qərb Ukraynada Maydan hadisələrini hazırlayanda hadisələrin axarının Rusiyanın təcavüzü ilə nəticələcəyini proqnozlaşdırırdı. Amma buna baxmayaraq Ukraynanı bu məsələdə Rusiya ilə ziddiyyətləri daha da dərinləşdirməyə itdi.

Hesab edirəm ki, bütövlükdə Qərbin bu strategiyası Ukrayna üçün də, Rusiya üçün də yaxşı prespektivlər vəd etmir. Göründüyü kimi hər iki ölkə böyük itkilərlə üz-üzədir. Bu prosesdə Qərbin siyasi strateqləri hələ ki, qələbə qazanan tərəf kimi görünür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Ən çox oxunanalar