Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Senatında Ukraynaya yardımla bağlı qalmaqal yaranıb

Fox-un jurnalisti Perqram ABŞ Senatında Kiyevə yardımla bağlı qalmaqaldan yazıb...

ABŞ Senatı administrasiyanın Ukrayna və İsrailə yardım tələbi ilə bağlı gizli brifinq keçirib.

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalının Konqres müxbiri Çad Perqram bu barədə X sosual şəbəkəsində məlumat veri.

Jurnalistin sözlərinə görə, görüşdə demokratlarla respublikaçıların nümayəndələri arasında “qıcıqlı” atmosfer yaşanıb. Müzakirələr partiya nümayəndələri arasında qalmaqal həddinə çatıb. Perqram deyir ki, bir çox respublikaçı Ukraynaya yardım paketini təsdiqləməkdən çəkinir.

Bundan əlavə, Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumer respublikaçı senatoru generala qışqırmaqda ittiham edib. Lakin Perqram senatorun adını dəqiqləşdirmir. Hətta bəzi respublikaçıların etiraz əlaməti olaraq iclası tərk etdiyi iddia edilir.

Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ senatorları qarşısında videobağlantı vasitəsilə çıxışını l qəfildən ləğv edib. Ukrayna liderinin Kiyevə dəstək üçün yeni vəsaitin ayrılması ilə bağlı səsvermədən əvvəl qapalı brifinqdə amerikalı qanunvericilərlə danışması planlaşdırılırdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar