Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-a məxsus aviadaşıyıcıların hücum qrupu Fars körfəzinə daxil olub

ABŞ-ın “USS Eisenhower” aviadaşıyıcısının zərbə qrupu Fars körfəzinin sularına daxil olub...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

“Noyabrın 26-da “USS Eisenhower” aviadaşıyıcısının zərbə qrupu Fars körfəzinin sularına daxil olmaq üçün Hörmüz boğazından keçməsini tamamladı. Komanda Fars körfəzində olarkən əsas beynəlxalq su yollarında naviqasiya azadlığını təmin etmək üçün patrul aparır”, deyə CENTCOM-un bəyanatında bildirilir.

Məlumata görə, qrup flaqman təyyarədaşıyan gəmi, idarə olunan raket kreyseri və esminesdən ibarətdir. Amerika gəmiləri ilə yanaşı bir Fransız freqatı da var da Fars körfəzindədir. Bu barədə “Languedoc” məlumat yayıb.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton İsrailə qarşı hər hansı mümkün təcavüzün qarşısını almaq üçün fəal cəhdlər etmək niyyətindədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar