Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərlan Əhmədov millidən təklif gözləyir

“Hər bir məşqçi işsiz olduğu vaxtda haradansa təklif gözləyir”...

Bu sözləri Apasport.az-a açıqlamasında təcrübəli mütəxəssis Tərlan Əhmədov bildirib.

52 yaşlı mütəxəssis vaxtilə futbolçu kimi şərəfini qoruduğu Azərbaycan millisinin baş məşqçisi olmağa hazırdır:

“Hamı işlədiyi müddətdə yığmadan təklif gözləyər. Hər məşqçi istəyər ki, daha yüksək yerlərdən təklif alsın. Bəli, millidən təklif gözləyirəm”.

Apasport.az-ın jurnalistlər arasında keçirdiyi sorğuda millinin baş məşqçisi postuna əsas namizədlərdən biri kimi göstərilən Əhmədov buna münasibət bildirib:

“İnsanların məni bu postda görməsi mənim üçün böyük bir qürurdur. Gördüyüm işlərə önəm verdiyi üçün hər birinə təşəkkür edirəm. Azərbaycan futbolunda az-çox gördüyüm işlər, qazandığım hörmət, komandalarımda çəkdiyim əziyyətin dəyərləndirilməsi mənim üçün böyük bir sevincdir. Əlbəttə, bu, AFFA İcraiyyə Komitəsinin işidir. Federasiya rəhbərliyi yaxşı bilir kimə təklif göndərəcəklər, kimi seçəcəklər. Bu işdə onlara uğurlar arzulayıram”.

Mütəxəssis, həmçinin, AFFA-dan belə təklif gələrsə, məmnuniyyətlə razılıq verəcəyini bildirib:

“Mən də işsiz olduğum müddətdə istəyərdim ki, hər hansı komandadan, eləcə də millidən təklif alım. Təklif gəlsə, əlbəttə, sevə-sevə qəbul edərəm. Milli yığmada işləmək mənim üçün böyük şərəf olar. Bu iş mənə həvalə olunarsa, əlimdən gələni edərəm. Federasiya rəhbərliyi Tərlan Əhmədova dəyər verərsə, mən də öz növbəmdə can-başla işləməyə hazıram”.

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsi dünən keçirilən fövqəladə iclasında Canni de Byazinin müqaviləsini uzatmamağa, yeni baş məşqçi ilə bağlı işçi qrupun yaradılmasına qərar verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Ən çox oxunanalar