Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neytral İsveçrənin silahları Ukraynaya necə keçib? - Araşdırma aparılır

İsveçrənin İqtisadiyyat Nazirliyi Ukraynanın Polşa şirkətlərindən biri vasitəsilə ölkənin sursatını əldə edə bildiyinə dair bir sıra nəşrlərin xəbərləri ilə bağlı araşdırma aparmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Materialda bildirilir ki, Bern neytral statusa malik olduğuna görə ondan alınan silahların başqa dövlətlərə satılmasını qadağan edib. Bunun üçün İsveçrənin xarici tərəfdaşları ölkə hökumətinin razılığını almalıdırlar.

"Bu iş araşdırılır. Araşdırma davam etdiyi müddətdə şərh edilməyəcək", deyə agentlik nazirliyin bəyanatından sitat gətirir.

Eyni zamanda, nəşrin müəllifləri vurğulayıblar ki, özəl təşkilatlar hərbi texnikanın təkrar ixracı ilə bağlı bəyannamə imzalamaq məcburiyyətində deyillər. Hımçinin, Kiyevə İsveçrə silahı satmaqda şübhəli bilinən Polşa şirkətinin nümayəndələri bu vəziyyətin "narahatedici olmadığənı və heç bir normanın pozulmadığını" bildiriblər.

Şirkət işçilərinin sözlərinə görə, bütün sövdələşmələr və əməliyyatlar hərtərəfli yoxlamadan keçir. Üstəlik, nəzarət birbaşa Polşa hökuməti tərəfindən həyata keçirilir.

Təşkilat nümayəndələri İsveçrə silahlarının Ukraynaya satılması ilə bağlı məqalə yazan amerikalı jurnalisti də məsuliyyətə cəlb etmək istəyini bildiriblər. AFP materialında vurğulanır ki, şirkət hazırda məhkəməyə müraciət etmək üçün hüquqi əsasları öyrənir.

Noyabrın əvvəlində Amerikanın "Defense One" nəşri Ukrayna hakimiyyətinin silah ixracına qoyulan qadağadan yan keçərək İsveçrədə istehsal olunan 600 mindən çox sursat aldığını bildirib. KİV-in məlumatına görə, müqavilə 2023-cü ilin iyulunda Polşa idxalçısının vasitəçiliyi ilə bağlanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar