Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail prezidenti: Boşluq olmasın deyə, qüvvələrimizi Qəzzada saxlayacağıq

İsrail prezidenti İsaak Hersoq bildirib ki, İsrail Qəzza zolağında terrorçuların peyda olmasının qarşısını almaq üçün odu qüvvələrini anklavda saxlamaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə İsaak Hersoq Financial Times nəşrinə müsahibəsində bildirib. İsrail prezidentinin sözlərinə görə, HƏMAS-la müharibədən sonra Qəzza zolağının necə idarə olunması ilə bağlı bir çox ideyalar müzakirə olunur. Prezidentin sözlərinə görə, ABŞ və İsrailin regiondakı hərbi gücləri münaqişədən sonrakı nizamın yaradılmasında iştirak etməlidirlər.

“Biz geri çəkilsək, nəzarəti kim ələ keçirəcək? Biz boşluq buraxa bilmərik. Biz bilməliyik ki, anklavın idarəsi ilə bağlı mexanizm necə olacaq”, deyə Hersoq vurğulayıb.

İsrail prezidenti qeyd edib ki, İDF Qəzzada xəstəxanalar yaxınlığında əməliyyatlar zamanı “çox ehtiyatlı” hərəkət edir.

İsaak Hersoq müharibə zamanı fələstinlilərin ölümlərindən narahat olduğunu da bildirib.

“Bütün baş verənlər mənim ürəyimi parçalayır. Amma mən həmişə xatırlayıram ki, xalqımızı qorumaq üçün ilk növbədə təhlükəsizliyi təmin etməliyəm”, deyə İsrail prezidenti əlavə edib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. Bu müharibə Qəzza zolağından 1,2 min israillinin ölümü, 5,4 min nəfərin yaralanması və 200-dən çox insanın girov götürülməsi ilə nəticələnən HƏMAS hücumu ilə başlayıb. İsrailin cavab əməliyyatı nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 11,1 minə yaxın fələstinli həlak olub. 27,5 min nəfər xəsarət alıb. İordan çayının qərb sahilində 46-sı uşaq olmaqla 180-dən çox fələstinli öldürülüb, 2,7 min nəfər isə yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

“Neftçi” legioner futbolçusu ilə yollarını ayırıb

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

Avropa Parlamenti Gürcüstana ayrılan maliyyənin dondurulmasını tələb edib

Gündə Bakıda nə qədər taksi daşıması həyata keçirilir?

“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - Foto

Ən çox oxunanalar