Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gündə Bakıda nə qədər taksi daşıması həyata keçirilir?

Gün ərzində Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir...

Poliqon publika.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Bu rəqəmə görə faiz çıxardıqda görürük ki, pis davranışlı sürücülər, bir taksinin yerinə başqa birinin gəlməsi faizi çox aşağıdır.

Belə hallar olub və olacaq. Belə sürücülərin az olmasının da səbəbləri var. "Uber" və ""Bolt"da çalışan sürücülərin sifariş alması üçün həmin sürücünün AYNA-dan sertfikatı olmalıdır. Biz proqramla görə bilirik ki, taksi hansı nömrə ilə sifariş olunub və buna nəzarət edə bilirik.

Əgər icazəsi olmayan taksi sürücüsünə və nəqliyyat vasitəsinə sifariş ötürülürsə, biz həmin şirkəti 300 manatdan 20 min manata qədər cərimələyə bilirik. Bunu aşkarlaya da bilirik", - deyə sədr qeyd edib.

Sədr, həmçinin taksi nəqliyyat vasitəsilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir:

"Neqativ halların qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardan kənarlaşdırılıb".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Nəcməddin Sadıqov Bakıda at yarışlarını izləyir - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay