Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib...
Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.
Bu barədə Poliqon-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
***
APA verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı "Doktor AZ" klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.
Klinikadan faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.
Fakt araşdırılır.
Poliqon.info