Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda büdcə müzakirələri: Paşinyanın övladları kimin hesabına səyahət edir?

Ermənistan hakimiyyət məsrəfləri və xidməti maşınların sayını azaltmaqla bağlı əvvəlki vədlərini belə xatırlamadan xərclərini ildən-ilə artırır...

Poliqon xəbər verir ki, bunu “Sputnik Ermənistan”a iqtisadçı ekspert Suren Parsyan Ermənistanın 2024-cü il dövlət büdcəsi layihəsində nəzərdə tutulan dövlət aparatının xərclərini şərh edib.

“Heç kimə cavabdeh olmadıqlarına görə həddən artıq pul xərcləyirlər. İcra hakimiyyətinin iştahını cilovlamaq və nəzarət altına almaq üçün qurulan parlament isə mahiyyət etibarı ilə bütün bunlara göz yumur. Onıar itaətkarlıqla izləyir və hökumətdən müəyyən xərclərlə bağlı hər hansı izahat tələb etməyə belə cürət etmir”, deyə Parsyan bildirib.

Onun sözlərinə görə, bu, təkcə iqtidaryönlü qanadla bağlı deyil, həm də müxalifət qruplarına aiddir. Parlament, xüsusən də müxalifət onlara verilən geniş nəzarət rıçaqlarından istifadə etmir.

“İldən-ilə xərclər artır, amma bu, səmərəliliyi artırmır. Eyni hökumət uzun illərdir ki, tikinti proqramını tam yerinə yetirmir. Bu da əsaslı xərclər proqramına daxildir, lakin hər il konkret avtomobilin alınması, təmir, müxtəlif cihazların alınması ilə bağlı xərclər tam və vaxtında ödənilir”, deyə ekspert əlavə edib.

Parlamentdə jurnalistlər baş nazirin aparat rəhbərinin müavini Armenak Xaçatryandan dövlət və işgüzar səfərləri zamanı baş nazirin ailə üzvlərinin (arvadının, uşaqlarının) onunla xaricə kimin hesabına getdiyini soruşub. Xaçatryan əvvəlcə xərclərin dövlət büdcəsindən ödənilmədiyini deyib, daha sonra şəxsən bununla məşğul olmadığı üçün məsələdən xəbərsiz olduğunu bildirib. Oktyabrın 19-da “Sputnik Ermənistan” Paşinyanın qızlarının Strasburqa səfərinin maliyyə mənbələri ilə bağlı Nazirlər Kabinetinə sorğu göndərib.

Parsyan istisna etməyib ki, baş nazirin ailə üzvlərinin səfərləri üçün xərclər dövlət büdcəsindən həyata keçirilir, xüsusən onun müşahidələrinə görə, beynəlxalq protokolda bu və ya digər tədbirdə ailə üzvünün müşayiəti ilə iştirak etmək adətdir.

“Amma burada problem bu cür xərclərin səmərəliliyindədir. Yaxşı, deyək ki, buna bir-iki dəfə icazə vermək olar. Amma biz başa düşməliyik ki, effektivlik nədir, hansı məsələ həll olunur. Əgər bu, sırf formal addımdırsa, onda biz bunu ildə bir və ya iki dəfə edə bilərik. Amma bu müntəzəm olaraq baş verirsə, deməli, artıq şəxsi xarakter daşıyır”, deyə Parsyan bildirib.

Eyni zamanda iqtisadçı qeyd edir ki, praktikada bir ailə üzvünün gediş-gəliş və qalma xərclərini nümayəndə heyətinin və baş nazirin gediş-gəliş xərclərindən ayırmaq mümkün deyil. Belə çıxır ki, bütün bu xərclər dövlət büdcəsindən həyata keçirilir.

Xatırladaq ki, oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyan qızı Məryəmlə Qranadaya gedib və burada Avropa Siyasi Birliyinin üçüncü sammitinin qonaqlarının şərəfinə verilən rəsmi şam yeməyində iştirak edib. Oktyabrın 17-də isə Avropa Parlamentinin plenar iclasında iştirak etmək üçün Strasburqa səfəri zamanı Paşinyan hər üç qızını - Məryəm, Şuşan və Arpini özü ilə aparıb.

2023-cü il martın 2-də Paşinyan həyat yoldaşı Anna Akopyan və ortancıl qızı Şuşanla Almaniyaya işgüzar səfərə gedib. Və 2022-ci il dekabrın 26-27-də Ermənistanın baş naziri həyat yoldaşı və kiçik qızı Arpi ilə birlikdə Sankt-Peterburqa MDB ölkələrinin qeyri-rəsmi sammitinə gedib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar