Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb

"Report"un yerli bürosunun məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II his­səsinin 6-cı bəndini rəhbər tutaraq muxtar respublikada dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

2.1. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə Nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

2.3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Poliqon.info 


Etiket: Naxçıvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Ən çox oxunanalar