Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir çox ölkələr Ərdoğanın təşəbbüsünü dəstəkləyib

Bir sıra region ölkələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin-İsrail münaqişəsinə dair sülh konfransı keçirmək təklifini dəstəkləyib...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 7-də Fələstinin Həmas qruplaşması İsrailə qarşı kütləvi hücuma keçərək, sərhədyanı qəsəbələrə daxil olub və mülki insanları girov götürüb. Buna cavab olaraq İsrail müharibə vəziyyətinə keçdiyini və Qəzza zolağına qarşı cavab əməliyyatına başladığını elan edib. Hərbi əməliyyatlar hələ də davam edir . Təl-Əviv Qəzza zolağında quru əməliyyatı keçirməyi planlaşdırır.

Türkiyə sülh danışıqlarına ehtiyac olduğunu və Fələstinə qarant ölkə kimi çıxış etməyə hazır olduğunu bildirib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail nizamlanması üzrə sülh konfransının çağırılmasını təklif edib.

“Bu gün bir sıra ölkələrdən, əsasən də regional ölkələrdən bu təşəbbüsə dəstək var, lakin konfransın konkret tarixi və yeri barədə danışmaq hələ tezdir”, deyə türk diplomatik mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl Qahirədə Fələstin problemi ilə bağlı sammit keçirilib. Burada 30-dan çox dövlət, bir sıra beynəlxalq və regional təşkilatlar iştirak edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Ən çox oxunanalar