Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada deputat Kadırovun oğlu ilə bağlı sözlərinə görə üzr istəyib

Tatarıstan Dövlət Şurasının deputatı, Ekologiya, Təbii Sərvətlər, Aqrar-sənaye və Ərzaq Siyasəti Komitəsinin sədri Azat Xamaev parlamentdəki son çıxışında çox emosional olduğuna görə üzr istəyib...

Poliqon xəbər verir ki, respublika parlamentinin oktyabrın 19-da keçirilən 48-ci sessiyasında xalq nümayəndəsi Quranı yandırmaqda şübhəli bilinən gəncin Qroznıdakı istintaq təcridxanasında döyülməsi əhvalatını xatırladıb. O, bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov sonradan 15 yaşlı oğlu Adəmin həmin oğlanı döydüyünü təsdiqləyib və daha sonra onu Çeçenistan Qəhrəmanı adına layiq görüb.

"Bu o deməkdir ki, Rusiya Federasiyasının subyektinin rəhbəri oğluna adam döydüyünə görə Qəhrəman adı verir. Özü də bu fikrini daha da inkişaf etdirərək deyir ki, o, bütün müsəlmanların qəhrəmanıdır. Buna görə kim cavab verməlidir", deyə Xamaev bildirib.

Lakin həmin gün Xamaev qeyd edib ki, o, sırf şəxsi fikrini ifadə edir, həmkarları bunu dəstəkləməyib. Deputat həmçinin çıxışına görə üzr istəyib.

"Qardaş xalqlar arasında münasibətlərə xələl gətirə biləcək emosional ifadəmə görə üzr istəyirəm", deyə Xamaev bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar