Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fox News: Terrorçuların ABŞ-a girişi asanlaşıb

Hazırda Meksika ilə cənub sərhədində vəziyyətə görə terrorçuların ABŞ-a girməsi asanlaşıb...

Poliqon xəbər verir ki, bunu Fox News telekanalının aparıcısı Laura İnqrem bildirib.

İnqrem qeyd edib ki, 11 sentyabr terror aktlarından əvvəl Vaşinqton kimin ölkəyə buraxılması barədə çox düşünmürdü və əcnəbilərin viza ilə bağlı qalma müddətlərinin və məqsədlərinin yerinə yetirilməsinə nəzarət etmirdi.

"22 ildən sonra terrorçular uzun viza prosesləri və ya keçmiş yoxlamalar barədə narahat olmayacaqlar. Onlar ölkəyə rahat şəkildə daxil ola biləcəklər", deyə aparıcı bildirib.

İnqrem onların ABŞ-Meksika sərhədində sadəcə Rio Qrande çayını keçə biləcəklərini vurğulayıb.

Qeyd edək ki, uzun müddətdir ABŞ-da Respublikaçılar və Demokratlar arasında Meksika sərhəddində təhlükəsizliklə bağlı fikir ayrılıqları var. Müxalifət hökumətin Ukraynadan daha çox öz sərhədlərinə nəzarət etməli olduğunu düşünür. Bu səbəbdən müxalifət yeni mövsüm üçün ölkə büdcəsini təsdiqləməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar