Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-də Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib...

Nazirlikdən Poliqon-a verilən məlumata görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin idarə rəisi polkovnik Mustafa Rəcəbov və xidmətin şəxsi heyəti, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin şöbə müdiri Fərid Gülməmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov iştirak edib.

Tədbirdə, əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızın müstəqilliyi və inkişafı yolunda əvəzsiz xidmətlərindən danışaraq, Dahi Rəhbərin zəngin irsindən bəhs ediblər. Qeyd olunub ki, məhz Ulu Öndərin müdrikliyi, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmiz ötən əsrin 90-cı illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas olaraq sürətli inkişaf yoluna qədəm qoydu.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edərək bu gün dünya dövlətləri arasında özünəməxsus yeri ilə seçilir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Fotolar

Poiliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar