Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Muradov qadınlarla əlbir olub kimləri şantaj edib?

Ötən gün hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilən “Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun nədə ittiham olunduğu məlum olub...

Lent.az xəbər verir ki, iş üzrə beş zərərçəkmiş var.

İttihama görə, Fuad Muradov tanışı olan G. Nəbiyeva (ad-soyad şərtidir) və Z. Əbilovla (ad-soyad şərtidir) əlbir olaraq zərərçəkmişləri şantaj edib.

Belə ki, iş üzrə zərərçəkmiş beş nəfərin qadınla intim görüntüləri çəkilib, onlar həmin görüntüləri zərərçəkmişlərin ailə üzvlərinə göndərəcəkləri hədəsi ilə ümumilikdə 20 min manata qədər pul tələb edərək alıblar.

İş üzrə zərərçəkənlər Fuad Muradov və digərləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət ediblər.

Müraciət əsasında hər 3 nəfər saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etməkdə) maddəsi ilə ittiham verilib.

Müstəntiqin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən Fuad Muradov və digərləri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Poliqon.info


Etiket: Fuad Muradov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar