Bütün Yaponiya hökuməti istefa verdi və Baş nazir Fumio Kişida bunu qəbul edib...
Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, yeni kabinet yaxın saatlarda elan edilməlidir.
Xəbərə görə kabinetin 19 üzvündən 11-i dəyişdiriləcək. O cümlədən, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə yeni rəhbərlər təyin olunacaq. Bundan əlavə, hökumətdə beş qadının olacağı gözlənilir ki, bu da Yaponiya tarixində qadın nazirlərin kabinetdə iştirak etdiyi ən böyük rəqəm olacaq.
Qeyd edək ki. yanvarda Yaponiya hakimiyyəti ölkənin inkişaf strategiyasını təsdiqləyib. Daha sonra Kişida Yaponiya tarixində son əsr yarımda üçüncü dönüş nöqtəsini elan etdi. O, Ukraynadakı münaqişəni və Çin və KXDR-in Asiyada yaratdığı təhlükəsizlik təhdidlərini əsas çağırışlar adlandıraraq, müdafiəyə rekord xərclər ayırıb.
Poliqon.info