Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İçməli su Laçından Bakıya qədər gələcək - “Həkəriçay”da işlər nə yerdədir?

Laçın rayonu ərazisində “Həkəriçay” su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikintisi ilə Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, FüzuliAğdam rayonlarının və Bakı şəhərinin yüksəkkeyfiyyətli içməli su ilə təmin olunması nəzərdə tutulur”.

Bunu “Trend”ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-in nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasına 22.12.2022-ci ildə başlanılıb və 22.10.2024-cü il tarixinə yekunlaşdırılması nəzərdə tutulur.
“İşlərin 37%-i yerinə yetirilib. Su anbarından çıxan magistral boru xəttinin alternativ istiqamətdə içməli su təchizatı ilə bağlı təkliflər hazırlanır. “Həkəriçay” su anbarının həcmi 91 milyon kubmetrdir”, - deyə D.Şərifov qeyd edib.

Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar