Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov istefa ərizəsi ilə ölkənin Ali Radasına müraciət edib…
Poliqon xəbər verir ki, Reznikov Facebook* səhifəsində bəyanatın fotosunu yerləşdirib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin qərarını yerinə yetirmək üçün müvafiq addım atdığını açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenskinin müdafiə naziri Reznikovu istefaya göndərmək barədə qərarından xəbərdar olduğunu bildirib.
Poliqon.info