Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livandakı Səfirliyimizə erməni hücumu... - Hücum edən ermənilər niyə həbs olunmadı?..

Səfirliyimiz qarşısında aksiya keçirən erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib...

Siyasi-şərhçi: “Livanın ermənipərəst ölkə olduğunu bütün dünya bilir”.

“Livan hökumətinin səfirliyimizə hücum edən erməniləri cəzalandırmalarına ümid edə bilərikmi? Əlbəttə, xeyr”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Azərbaycanın Livandakı səfirliyi qarşında ermənilərin töətdiyi əməlləri Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Livandakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri, içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Livan hakimiyyət orqanları isə hadisəyə vaxtında reaksiya göstərməyib və səfirliyə hücum edənlər həbs belə olunmayıblar.

Hücum edən ermənilərin həbs olunmamasını necə dəyərləndirmək olar? Bu hadisələrin təkrarlanma səbəbi vaxtilə Ermənistanın həyata keçirdiyi terror təxribatlarına adekvat və layiqli reaksiyaların verilməməsi deyilmi?

Livanda ermənilərin törətdiyi təxribatı Poliqon-un əməkdaşı siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Biz niyə haqlı olduğumuz halda onların Avropadakı səfirlikləri önündə aksiyalar keçirmirik?”.

Azərbaycanın artıq dünyada dostlarının və düşmənlərinin məlum olduğunu düşünən ekspert əlavə edib ki, ona görə də, biz buna qarşı da öz tədbirlərimizi gücləndirilməli, xüsusilə, bizə qarşı olan ermənipərəst ölkələrdə lobbi fəaliyyətimizi daha da artırmalıyıq:

“Öncəliklə bildirim ki, Livanın ermənipərəst ölkə olduğunu bütün dünya bilir. II Qarabağ savaşında biz bunun bir daha şahidi olduq. Hətta Livandan gəlib Qarabağda muzdlu döyüşçülərin olduğu da faktlarla sübut olundu. Hələ müharibədən öncə Qarabağa Livan ermənilərinin yerləşdirildiyini azad etdiyimiz torpaqlardan qaçan Livan ermənilərinin nümunəsində bütün dünya gördü. Bunlar hələ üzdə olan faktların bir qismidir. İndi bunlardan sonra Livan hökumətinin səfirliyimizə hücum edən erməniləri cəzalandırmalarına ümid edə bilərikmi? Əlbəttə, xeyr.

Azərbaycanın artıq dünyada dostları və düşmənləri məlumdur. Ona görə də, biz buna qarşı da öz tədbirlərimizi gücləndirilməli, xüsusilə, bizə qarşı olan ermənipərəst ölkələrdə lobbi fəaliyyətimizi daha da artırmalıyıq. Ümumiyyətlə, xarici ölkələrdə səfirliklərimizin önündə tez-tez ulaşmaları həm də Diasporlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin qənaətbəxş olmamasının nəticəsidir. Doğrudur, son illərdə bu qurumun fəaliyyətində əvvəlki zamanlara nisbətdə irəliləyişlər var. Amma Vətən müharibəsində qalib gələn Azərbaycan üçün bu yetərli sayıla bilməz. Bir məsələyə də diqqət ayıraq. Ümumiyyətlə, xaricdəki soydaşlarımızın təşkilatlanmalarında yaxud təşkilatlandırılmalarında ciddi problemlər daim yaşamaqdayıq. Bu problemin aradan qaldırılması yönündə işlərimizi durmadan gücləndirilməliyik”.

Cavanşir Abbaslı: “Vaxtı ilə mənfur düşmənlərin törətdikləri terror aktlarına bəzi hallarda verdiyimiz cavab ya adekvat olmayıb, ya da beynəlxalq hüququn qorunması nöqteyi-nəzərdən cavab yalnız diplomatik səviyyədə verilib”.

Partiya sözçüsü İrandakı səfirliyimizə bu ilin əvvəlində olan hücumdan və verdiyimiz şəhiddən sonra xaricdəki diplomatik nümayəndəliyimizin hər birinin təhlükəsizliyinin gücləndirilməsini ən vacib işlərdən biri hesab edir: “Bəzən düşmənlə onun dilində danışmaq vacib şərt olur. Vaxtı ilə mənfur düşmənlərin törətdikləri terror aktlarına bəzi hallarda verdiyimiz cavab ya adekvat olmayıb, ya da beynəlxalq hüququn qorunması nöqteyi-nəzərdən cavab yalnız diplomatik səviyyədə verilib. Bu da bəzi hallarda yetmir.

Əmin olun ki, bu reaksiya vaxtında verilmiş olsaydı, bu qədər şirniklənməzdilər. Biz niyə haqlı olduğumuz halda onların Avropadakı səfirlikləri önündə aksiyalar keçirmirik? Demirik ki, onlar kimi səfirliyi daş-qalaq edək. Bu vəhşiliyə təbii ki, getmək olmaz. Amma onlara öz yerlərini də göstərmək çox vacibdir ki, bir də belə qələt etməyə cürət etməsinlər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar