Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran: Nüvə proqramımız hərbi əməliyyat və ya sanksiyalarla dayandırıla bilməz...

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə proqramının hərbi əməliyyat və ya sanksiyalarla aradan qaldırıla bilməyəcəyini və istənilən hücuma "qətiyyətli və dağıdıcı" cavab verəcəklərini bildirib...

Poliqon xəbər verir ki, Al Jazeera televiziyasına danışan sədr İslam ölkəsinin nüvə proqramı ilə bağlı danışıb.

ABŞ-ın təktərəfli sanksiyalarından sonra İranın nüvə anlaşmasındakı öhdəliklərini dayandırdığına işarə edən İslami, “Nüvə anlaşmasındakı öhdəliklərimizin azaldılmasının geri qaytarılması sanksiyaların aradan qaldırılması, ABŞ və digər tərəflərin bu sahədəki öhdəliklərini yerinə yetirməsindən asılıdır", deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) təklif edilən əlavə yoxlama imkanlarından biri olan bəzi obyektlərdəki təhlükəsizlik kameralarının yığışdırıldığını xatırladan İslami tərəflərin razılaşacağı və öhdəliklərini yerinə yetirdiyi təqdirdə kameraların yenidən quraşdırılacağını qeyd edib.

Agentlik rəhbəri İsrailin İranın nüvə obyektlərinə hücumu ilə bağlı təhdidlərə də münasibət bildirib: "Nüvə proqramımız hərbi əməliyyat və ya sanksiyalarla dayandırıla bilməz. İstənilən hücum qətiyyətli və dağıdıcı cavabla qarşılanacaq".

İslami iddia edib ki, İsrail İranın nüvə obyektlərinə hərbi hücum təhdidlərinin "boş" olduğunu bilir və buna gücü çatmır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar