Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqası: “Neftçi” mövsümdə ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir...

“Report”un məlumatına görə, günün ilk görüşü “Neftçi Arena”da keçirilib.

Geridə qalan üç turda qələbə qazana bilməyən “Neftçi” xal üzünə həsrət qalan “Qəbələ”ni qəbul edib. Matçda hesab 45+3-cü dəqiqədə açılıb. Rəhman Hacıyev dəqiq zərbə ilə “ağ-qaralar”ı önə keçirib. Paytaxt təmsilçisi 70-ci dəqiqədə meydanda azlıqda qalıb. Gənc qapıçı Rza Cəfərov qırmızı vərəqə alıb.

Lakin qonaqlar say üstünlüyündən yararlana bilməyiblər. Əksinə, növbəti qol da ev sahiblərindən gəlib. Künc nöqtəsindən ötürülən topu Yuri Matias başla qapıdan keçirib. Bu, həm də görüşün nəticəsini müəyyən edib.

Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.

Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar