Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhalinin banklarda olan əmanətləri azalıb... - Səbəbləri açıqlandı...

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb...

İqtisadçı-ekspert: “Əmanətlərin indiki azalmasını bank sisteminə güvənin aşağı düşməsi ilə əlaqələndirilə bilməz”.

“Əvvəlki illərlə müqayisədə bu il Azərbaycan vətəndaşının yığım imkanı daha məhduddur. Yığım imkanı da yoxdursa, vətəndaşın əmanət qoymaq imkanı da daha azdır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov banklarda olan əmanətlərində azalmanın qeydə alınmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqust ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.

Əmanətlərin azalmasının səbəbləri nədir? Əhalinin banklara inamı itibmi?

Banklarda olan əmanətləri Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənov ilə müzakirə edib.

Rəşad Həsənov: “Bank sektoruna güvənin aşağı düşməsi fenomeni çox qısa müddətdə və sərt şəkildə özünü göstərən bir prosesdir”.

Bəzi əmanətlərin məqsədli şəkildə yığıldığını xatırladan ekspert Poliqon-a bildirib ki, əmanətlərin indiki azalmasını bank sisteminə güvənin aşağı düşməsi ilə əlaqələndirilməməlidir:

“Ümumiyyətlə, bu azalma xroniki və ya texniki azalma kimi qiymətləndirilə bilər. Çünki biz 2015-2019-cu illərin məlumatlarını ayrı-ayrılıqda əsaslarla təhlil etmiş olsaq, orada görərik ki, hər il iyul ayında əmanətlərin həcmində azalma baş verir. Ümumiyyətlə, əmanətlərlə bağlı olan proses axan prosesdir. Yəni gün ərzində insanlar əmanət yerləşdirirlər, başqa biriləsi isə əmanətlərini çıxarır.

İyul ayında sadəcə əmanət yerləşdirənlərlə müqayisədə əmanət götürənlər daha çoxdur. Bunu da mən bir neçə faktorla izah edərdim:

Birincisi, mövsümlə əlaqədar. Məzuniyyət dövrü, yay aylarında tətil, səyahətlər və s. xərcləri artırır. Bu baxımdan ailələrin yığım imkanları məhdudlaşır. Yəni, yeni əmanət yatıranların sayı və onların əmanətlərin məbləği azalır.

İkincisi, bəzi əmanətlər məqsədli şəkildə yığılır. Məsələn növbəti ilin yay ayında tətil məqsədi ilə yığılan əmanətlər var. Vaxt çatanda da, həmin əmanəti götürürlər və öz məqsədləri üçün istifadə edirlər. Bu da əmanətlərin azalmasında öz təsirini göstərir.

Rəşad Həsənov: “Növbəti aydan etibarən yenidən əmanətlərin ümumi məbləğində biz artımlar müşahidə edəcəyik”.

Qeyd etdiyim kimi 2015-2019-cu illərə baxmış olsaq görərik ki, hər il təxminən iyul ayında əmanətlərdə 40-50 milyon arasında azalma olur. Hətta, 2019-cu ildə bu azalma 150 milyon olmuşdu. Həmin ildə ölkədən səyahət edən daha çox idi. O azalmaya da böyük ehtimalla bu səbəbin təsiri olmuşdu.

2020-ci ildə isə bu fonemen pozuldu. Çünki pandemiya səbəbindən səyahətlərin qarşısı alınmışdır. Yenidən, 2023-cü ildə fonemenin ortaya çıxdığını müşahidə edirik. Düşünürəm ki, bu proses növbəti aydan etibarən bərpa olunacaq. Növbəti aydan etibarən yenidən əmanətlərin ümumi məbləğində biz artımlar müşahidə edəcəyik.

Buna görə də, əmanətlərin indiki azalmasını bank sisteminə güvənin aşağı düşməsi ilə əlaqələndirilə bilməz. Çünki ümumiyyətlə, bank sektoruna güvənin aşağı düşməsi fenomeni çox qısa müddətdə və sərt şəkildə özünü göstərən bir prosesdir. Yəni, burada yəqin ki, eyham Günay bankın bağlanmasına vurulur. Günay bankın bağlanması ilə əlaqədar əgər Azərbaycan vətəndaşı narahatlıq hiss etsə və depozitorlarda bank sisteminə güvən aşağı düşsəydi həmin gündən etibarən, bir neçə həftənin içində milyardlarla manat vəsaitin artıq geri çəkilməsini biz müşahidə edəcəkdik. Amma, əksinə may, iyun ayında da əmanətlərin həcmində artımlar baş verib. Bu da o deməkdir ki, əmanətlərin azalması güvənlə əlaqədar bir proses deyil. Bunu sadalaqdılarımla izah etmək olar.

Rəşad Həsənov: “İndiki halda bu faktorlar fonunda biz texniki və yaxud da mövsümü azalmanı müşahidə edirik”.

Eyni zamanda burada digər bir təsiredici məqam da, 2022-ci ilin ötən dövründə Azərbaycan iqtisadiyyatı böyümədi. Yəni, 0.7 faiz çox kiçik böyümədir. Adambaşına ümumdaxili məhsul istehsalı artmır. Bu isə o deməkdir ki, əvvəlki illərlə müqayisədə bu il Azərbaycan vətəndaşının yığım imkanı daha məhduddur. Yığım imkanı da yoxdursa, vətəndaşın əmanət qoymaq imkanı da daha azdır.

Buna görə də indiki halda bu faktorlar fonunda biz texniki və yaxud da mövsümü azalmanı müşahidə edirik. Bir daha qeyd edim ki, növbəti aydan etibarən əmanətlərdə növbəti artımı müşahidə edəcəyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar