Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaur Hüseynovun 3 mulyonluq servis xidməti – Metropoliteninin qalib etdiyi şirkət kimindir?    

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun avtonəqliyyat parkında mövcud olan nəqliyyat vasitələrinə servis və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub...

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Yurd.MR” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 790 865,56 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Yurd.MR” MMC 16 avqust 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları, ev 34, mənzil 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rafiq Kərəm oğludur.

Şirkət yarananda isə qanuni təmsilçisi Məmmədov Ruhin Rafiq oğlu olub. O, 11 avquts 2023-cü ildə Rafiq Məmmədovla əvəzlənib.

Açıq mənbələrdə bu şəxslər barəsində heç bir məlumat yoxdur. Şirkət haqqında da hər hansı məlumata rast gəlinmir.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Bakı Metropoliteni” QSC ilə bağlanan satınalma müqaviləsi “Yurd.MR” MMC-nin qalib gəldiyi ilk tenderdir. Hər halda şirkətin bundan başqa tenderdə qalib gəldiyi barədə heç bir məlumat yoxdur.

Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur. O, 2014-cü ildən bu vəzifədədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay